Xəzər Xəbər

Göyçay çayında təmir işləri aparılır VİDEO

Veb TV | 19:09 • 26 İyun 2019
Göyçay çayında təmir işləri aparılır

Göyçay çayına qış və yaz ayalarındagələn sel suları çay yatağında bir sıra fəsadlar törədərək çay üzərində körpülərin dağılması və məcrasının dəyişməsi ilə nəticələnirdi. Artıq bir neçə aydır ki, mərhələli şəkildə çay yatağında əsaslı təmir işlərinə başlanılıb.

Ülfət Hətəmovun sözlərinə görə, çayda əsaslı təmir işləri zamanı çayın yatağı genişləndirilib. güclü sel suları zamanı yatağının yuyulmaması üçün 7 ədəd beton maneələr qoyulub.

Göyçay çayının məcrasını dəyişdirilməsi ilə bağlı aparılan təmir işləri zamanı çay üzərindən standartlara uyğun olaraq alternativ körpüdə inşa edilib.

Xatırladaq ki,ötən ilin iyun ayının 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 76.6 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçmuşdu .

Xəbər lenti