Xəzər Xəbər

Ağacların dibi asfaltlanıb VİDEO

Veb TV | 19:10 • 20 İyun 2019
Ağacların dibi asfaltlanıb

Ağacların dibi asfaltlanıb. Bəziləri isə səkiyə düşdüyü üçün ətrafına metlax da döşənib.

Görüntülər Yasamal rayonu Həsən Bəy Zərdabi prospektindəndir. 32 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisinə düşən bir neçə ağacın dibi asfaltlanıb. Sakinlərin sözlərinə görə, bu hal 2-3 il əvvəl baş verib.

Məsələ ilə bağlı 32 saylı Mənzil Kommunal İstismar Sahəsinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz cavabsızqaldı...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkələrdə yayıldıqdan sonra məsələyə reaksiya verib.Yasamal Mənzil Kommunal Təsərrüfat birliyinə məcburi göstəriş verilib və ağacların dibi açılıb. Həmçinin, ağaclar sulanıb və aqrotexniki qulluq gösətərilməsi ilə bağlı tapşırıq verilib.

Xəbər lenti