Xəzər Xəbər

"Kaspi" liseyi bu il növbəti məzunlarını buraxdı VİDEO

Veb TV | 19:13 • 19 İyun 2019
"Kaspi" liseyi bu il növbəti məzunlarını buraxdı

2014-cü ildə fəaliyyətə başlamış "Kaspi" liseyi bu il növbəti məzunlarını buraxdı. Bu münasibətlə təntənəli tədbir keçirilib. Tədbirdə liseyin azərbaycançılıq ideyalarının tətbiq olunduğu milli təhsil sisteminə əsaslandığı vurğulanıb.

Müxtəlif səhnəciklər göstərdilər, mahnı oxudular və rəqs elədilər. Onlar məzun gününü bu cür qeyd etdilər.

''Kaspi'' Liseyinin Ağ şəhər filialı birinci, Bakıxanov filialı isə 3-cü buraxılış məzunlarını yola saldı. Bu məqsədlə ''Kaspi''nin şagird-müəllim heyəti, dövlət rəsmiləri, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.

Dövlət himni səsləndirildikdən sonra çıxış edən ''Kaspi'' Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirdi ki, ''Kaspi'' artıq 3-cü ildir məzun buraxılışlarını qeyd edir. Onun sözlərinə görə, "Kaspi'' Təhsil şirkəti sübut etdi ki, dünyanın mütərəqqi təhsil metodlarını tətbiq etməklə milli təhsil proqramı ilə fəaliyyət göstərmək mümkündür.

Sona Vəliyevə həmçinin onu da qeyd etdi ki, bu gün hamı üçün aktual olan məsələ hər bir ailənin arzuladığı övladı yetişdirmək üçün təlim-tərbiyədə azərbaycançılığı və milli təhsili tətbiq etməkdir. "Kaspi" təhsil şirkəti də məhz bu amalla fəaliyyətə başladı. Bu gün artıq görülən işlər öz nəticəsini verir.

Tədbir boyu nümayiş olunan və məzunlar tərəfindən hazırlanmış ''Müdrik insan'' və "Ümid yolu'' kimi səhnələr tədbir iştirakçılarının marağına səbəb oldu. Şagirdlər isə məzun olduqları üçün həm sevincli, həm də kədərli görünürdülər.

Tədbir məzunların papaqlarını göyə atmaları ilə yekunlaşdı.

Xəbər lenti