Xəzər Xəbər

Heyvan bazarında durğunluq yaşanır - Satan çoxdur, alan yox - VİDEO

Veb TV | 18:59 • 16 İyun 2019
Heyvan bazarında durğunluq yaşanır -

Bölgələrdəheyvan bazarında durğunluq müşahidə olunur. Xırdabuynuzlu və iribuynuzlu heyvanların satışında qiymətdə daha çox ucuzlaşma müşahidə olunur. Alıcılar isə əksini söyləyir. Qiymətlərin bahalaşmasından gileylənirlər. Bazardakı fərqli tendensiyaya tərəflər maraqlı arqumentlər gətirirlər.

Satan çoxdur, alan yox. Görüntülər Tovuzunheyvan bazarındandır.

Xırdabuynuzlu heyvanların diri çəkisi, südlük və bazardakı kiloqramla ət satışına uyğun tənzimlənir. İribuynuzlu heyvanlar isə ətlik, südlük keyfiyyətinə görə fərqli qiymətlərə təklif edilir. Satıcılar bəslədiyi heyvanları istədiyi qiymətə sata bilməyib, alıcı qıtlığından şikayətlənirlər.

Alıcılar isə heyvanların qiymətinin son iki həftədə bahalaşmasından gileylənir. Bir xırdabuynuzlu heyvanın qiymətində 10-20 manat bahalaşma müşahidə edilir.

Göyçay rayonundakı heyvan bazarında da satıcılar alıcılıq qabiliyyətin aşağı olduğun bildirirlər. Əvvələryanında balası olan inək1100-1300 manata satılırdısaindiqiymətlər 100-200manat aşağı düşüb. Bunun səbəbi isə yemin və otun qiymətinin baha olduğundan bazara daha çox heyvanın çıxarılmasıdır.

Tovuzdan fərqli olaraq Göyçayın mal bazarında xırdabuynuzlular arasında ucuzlaşma var.Beləki 250-280 manata balası ilə birgə satılan qoyun hazırda 220-250manatadır.

Xəbər lenti