Xəzər Xəbər

Bakıda ayıq sürücü piyadanı vurub - Bəs bu hadisəyə görə məsuliyyəti kim daşıyır? - VİDEO

Veb TV | 19:21 • 16 İyun 2019
Bakıda ayıq sürücü piyadanı vurub -

Bakıda ''ayıq sürücü'' xidməti göstərən sürücü qəza törədib. O, müştərinin avtomobili ilə piyada vurub. Bəs bu hadisəyə görə məsuliyyəti kim daşıyır? Bu məsələ ilə bağlı ekspertlər maraqlı təklif edib.

''Ayıq sürücü'' müştəriyə məxsus avtomobillə piyadanı vurub.

Hadisə gecə saatlarında paytaxtın Nizami rayonu metronun ''Koroğlu'' stansiyası yaxınlığında baş verib."99-NA-665" dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ''ayıq sürücü'' xidmətinə zəng vuraraq sürücü sifariş edib. Ünvana Elnur adlı bir sürücü gəlib və o, spirtli içkinin təsiri altında olan şəxsi ünvanına apararkən yolda təyin olunmayan yerdən keçən 25 yaşlı Nicat adlı şəxsi vurub.

Ərazidə xidmət aparan yol pols əməkdaşlarınınköməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti hələki ağırdır. Faktla bağlı Nizami rayon polis idarəsində araşdırma aparılır...

Bəs görəsən belə halda avtomobilsahibi hər hansı bir məsuliyyətdaşıyırmı ?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu xidmətin çox yaxşı, faydalı, effektiv olmasına baxmayaraq, onun təşkili ilə bağlı vəziyyətinheç də ürək açan deyil. Ekspertin sözlərinə görə, ''ayıq sürücü''lər peşəkar sürücülərdən ibarət olmalıdır. Onlar yük maşınından tutmuş, motosikletə qədər hər bir nəqliyyat növünü idarə etməyi bacarmalıdırlar. O ki, qaldı hadisəyə buna görə məsuliyyəti ''ayıq sürücü'' daşıyır.

Ekspert Elməddin Muradlı təklif edir ki, ''ayıq sürücü'' xidməti göstərən şirkətlər müştəri ilə müqavilə bağlamalıdır. Sürücü qaynar xəttə zəng vurub ''ayıq sürücü'' sifariş edərkən ad, soyad, avtomobilinin nömrəsi və gedəcəyi ünvanı bildirdikdən sonra həmin şirkət ona ya ''ayıq sürücü''nün özü ilə ya da mesajla müqavilə göndərilməlidir. Belə olduqda yolda hər hansı bir xoşagəlməz hadisə baş verərsə sürücünün qanuni şəkildə əlində sənədi olur.

Xəbər lenti