Xəzər Xəbər

Səyyahət edərkən nələrə diqqət etmək lazımdır? VİDEO

Veb TV | 18:45 • 16 İyun 2019
Səyyahət edərkən nələrə diqqət etmək lazımdır?

Son illərdə Azərbaycanda turizm şirkətlərinin sayı artıb. Bu rəqabət mühitinin yaranmasına səbəb olsa da, bəzi hallarda neqativ nəticələri də olur. Turpaket alıb istirahətə gedən vətəndaş bəzənona vəd olunanla qarşılaşmır. Son zamanlar bəzi dırnaqarası turizm şirkətlərində belə hallar artıb. Bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət yetirmək lazımdı?

Bu il Azərbaycanda turizm şirkətlərinin sayı 3000-i keçib.Bu istirəhət etmək istəyənlərin işini nisbətən daha da əlçatan etsə də,yeni problemlərin yaranmasına da səbəb olur.

Turizm şirkətləri üçün konkret tələblər olmadığından bəziləri yalnız mövsümi fəliyyət göstərir. Buna görə bəzi hallarda istirahətə gedənlər gözlənilməz hallarla qarşılaşa bilər. Turizmçi Ramiz Qafarov deyir ki, bu sahədə bir sıra problemlər hələdə qalmaqdadır.

Ramiz Qafarovun sözərinə görə, turistlər bu kimi hallarla qarşılaşmamaq üçün bəzi məqamlara diqqət etsələr yaxşıdır. Müraciət etdikləri şirkət haqqında ətraflı informasiya toplamaq tövsiyə olunandır. Həmçinin ödəniş edən zaman şirkətdən qəbz də tələb edilməlidir.Tərəflər arasında həmçinin xidmətləri özündə əks etdirən müqavilə də bağlanmalıdır

Bu sahədə yaranan ənənəvi problemlərdən biri də müştərinin pasportunun bitmə vaxtının yoxlanılmamasıdır. Bu səbəbdən belə müştərilərə elahavalimanından geriqaytarıla bilər

Xəbər lenti

Çox oxunanlar