Xəzər Xəbər

"Azərbaycan Heydər Əliyevin şah əsəridir" - VİDEO

Veb TV | 19:44 • 13 İyun 2019
"Azərbaycan Heydər Əliyevin şah əsəridir" -

1993-cü ilin iyununda Azərbaycandakı vəziyyət ölkəni parçalanmağa və tarixdən silinməyə doğru aparırdı. Ancaq ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ölkəni məhv olmaq təhlükəsindən xilas elədi.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Heydər Əliyev o zamankı bütün çətinlikləri öz liderlik bacarığı və fədakarlığı bahasına dəf edərək müasir Azərbaycanın dövlətçilik ənənələrini yenidən bərpa etdi.

Bahar Muradova deyib ki, Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz hələ uzun zaman tarixçilərin və siyasilərin araşdırma mövzusu olmağa davam edəcək.

Millət vəkili Elman Məmmədov isə bildirib ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdaraq böyük müdriklik nümayiş etdirdi və Azərbaycan xalqını ən ağır günlərdə tək qoymadı. Əks halda AXC-Müsavat hakimiyyətinin dövləti məhvə aparması labüd idi.

Elman Məmmədov bildirib ki, Qurutuluş gününün mahiyyətini həmin dövrün siyasi mənzərəsini təhlil etməklə dərk etmək olar. Çünki yeni müstəqillik qazanmış, əraziləri işğal olunan və separtizm meyllərinin baş qaldırdığı bir dövrdə xalqı bu bəladan yalnız Heydər Əliyev qurtara bilərdi. Odur ki, Azərbaycan xalqı öz liderinə güvəndi və onun arxasında durdu. Heydər Əliyev isə öz xilaskarlıq missiyasını yerinə yetirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti