Xəzər Xəbər

Yeni Azərbaycan Partiyasında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib - VİDEO

Veb TV | 19:36 • 13 İyun 2019
Yeni Azərbaycan Partiyasında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib -

''Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni mərhələ başlandı.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü ilə bağli keçirilən tədbirdə qeyd edib ki, bütün uğurlar, nailiyyətlər 26 il bundan əvvəl Heydər Əliyevin Azərbaycana dönüşünün nəticəsidir.

Əli Əhmədov Azərbaycan xalqı ölkəmizin düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördüyünü bildirib və həmin dövrün çətinliklərindən danışıb.

Baş nazirin müavini bu gün ölkəmizin sürətlə inkişaf etdiyi və tarixi nailiyyətlərin bu inkişafa böyük töhvə verdiyini bildirib.

Yeni Azərbaycan Partiyasında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı keçirilən tədbirdə partiyanın müxtəlif rayon gənclər təşkilatlarının sədrləri çıxış edib, ulu öndərin gördüyü işlərdən danışılıb və həmin dövrdə lentə alınmış videomateriallardan hazırlanmış sujetlər nümayiş etdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti