Xəzər Xəbər

Şəki və Yardımlıda ağır qəzalar - 2 ölü, 5 yaralı var - VİDEO

Veb TV | 19:38 • 13 İyun 2019
Şəki və Yardımlıda ağır qəzalar -

Şəkinin Sarıca kəndində ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində Oğuz rayon sakini Elyanə Nağıyeva hadisə yerindəcə keçinib. Xəsarət alan Oğuz rayon sakinləri -66 yaşlı Aydın Hurşudov, 60 yaşlı Əlövsət Hurşudov və 52 yaşlı Təranə Novruzova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yardımlıda isə yük maşınının dərəyə yuvarlanması ölümlə nəticələnib. Yol-nəqliyyat hadisəsi rayonun Horonu kəndində baş verib. Köryədi kənd sakini, 27 yaşlı Ceyhun Əbişov "Böyük dərə" adıyla tanınan ərazidəki otlaq sahədə sürücüsü olduğu yük avtomobilində idarəetməni itirib. Dərəyə düşən avtomobildəki sərnişin- rayonun Arvana kənd sakini, 41 yaşlı Namiq Həsənov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun həmkəndlisi 18 yaşlı Rafiz Həsənov və avtomobilin sürücüsü Ceyhun Əbişov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki faktla bağlı araşdıra aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar