Xəzər Xəbər

Yol polisi məktəblərin ətrafında nəzarəti gücləndirəcək - VİDEO

Veb TV | 19:46 • 13 İyun 2019
Yol polisi məktəblərin ətrafında nəzarəti gücləndirəcək -

Yol polisi bütün məktəblərin ətrafında nəzarəti gücləndirəcək.

Məqsəd sabah keçiriləcək son zəng tədbirlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaqdı.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məzunlara və valideynlərə xəbərdarlıq edib.

İdarənin Bölmə rəisi Vaqif Əsədov deyir ki, son zənglə bağlı paytaxda bütün məktəblər ərazi üzrə yol polis şöbələri tərəfindən tam nəzarətə götürüləcək. Sürücülük vəsiqəsi olmayan məzunlar avtomobil idarə edərsə, yol polisi onları dərhal yol hərəkətindən kənarlaşdıracaq.

Qeyd edək ki, yol polisi belə fakt aşkar edən kimi avtomobili onu idarə edən məzundan alınaraq cərimə meydançasına aparılacaq.

Yol polisi bu xəbərdarlığı yazlı formada məktəblərin girişi qapısına da vurub.

Bölmə rəisi sürüclərə son zənglə bağlı yollarda sürət həddinə diqqə etmələrini, piyadara isə təyin olunmuş yerlərdən keçməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti