Xəzər Xəbər

Tovuzda dənli bitki toxumlarının emalı zavodu tikilir - VİDEO

Veb TV | 20:55 • 12 İyun 2019
Tovuzda dənli bitki toxumlarının emalı zavodu tikilir -

Təsərrüfat sahiblərinin toxumla bağlı narahtlıqlarına son qoyulacaq.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət vəsaiti hesabına tikilən müəssisələrin siyahısına növbətisi əlavə olunur. Artıq Tovuzda dənli bitki toxumlarının emalı zavodu tikilir.

Zavod rayonun Alakol kəndində bir hektar ərazidə inşa edilir.Burada bir çox müəssisə fəaliyyət göstərəcək. İnşaat işlərinin sürətlə aparıldığı zavodun tikintisində müasir avadanlıq və tikinti materiallarından istifadə edilir.

İş içracısı Rüstəm Budaqovun sözlərinə görə, işlərin 70 faizi görülüb. Qalan işlərin də tez bir zamanda yekunlaşması planlaşdırılır.

Təsərrüfat sahibləri də müəssisənin tezliklə fəaliyyətə başlamasını gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti