Xəzər Xəbər

Gəlir vergisi üzrə güzəştlər yüksək səmərə verir - VİDEO

Veb TV | 20:35 • 12 İyun 2019
Gəlir vergisi üzrə güzəştlər yüksək səmərə verir -

Gəlir vergisi üzrə güzəştlərin tətbiqi yüksək səmərə verməkdədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Vergilər Nazirinin müşaviri Xəqani Abdullayev deyib.

O bildirib ki, əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsi yüksəlməkdədir. Ölkədə muzdla işləyənlərin sayında ötən ilin 1-ci rübü ilə müqayisədə 114 mindən çox artım olub. Artımın 97 mini qeyri-neft sektorunun payına düşüb. Həmçinin, 4 ay ərzində qeyri-neft sektorunda elektron qaimə faktura ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi isə 59 %-dən 65 %-ə yüksəlib. Topdansatış ticarətdə bu göstərici 69%-dən 84%-ə, istehsalda isə 65%-dən 75%-ə qalxıb. Qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım tempi kənd təsərrüfatında olub.

İlin sonuna kimi bu trendin daha da artması gözlənilir. Sosial sığorta haqlarının ödənişində də ciddi artım var. Bu sahədə proqnoz 113% icra olunub.

Xəqani Abdullayev onlayn kassa aparatlarının tətbiqindən də danışıb. O bildirib ki, bununla bağlı qrafik hazırlanıb və işlər plana uyğun həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti