Xəzər Xəbər

“Mercedes” “Kia”nı yol ayrıcına çırpıb VİDEO

Veb TV | 13:02 • 12 İyun 2019
“Mercedes” “Kia”nı yol ayrıcına çırpıb

Xətai rayonunda 2 avtomobil toqquşub.

XəzərXəbər xəbər verir ki, Şahbazov Elçin Azər oğlu idarə etdiyi "90-OX-034” dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili ilə Nobel pospektində hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil Şərifov Elşən Nail oğlunun idarə etdiyi "90-ZA-083” dövlət qeydiyyatlı "Kia” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən "Kia” yol ayırıcı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Xatai Rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, "Mercedes”-in sürücüsü yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər lenti