Xəzər Xəbər

Yerevanda siyasi gərginlik artır VİDEO

Veb TV | 19:10 • 6 İyun 2019
Yerevanda siyasi gərginlik artır

Tərəfdarlarının hücuma məruz qalaraq döyülməsi Ermənistanın baş naziri Nikol Paşinyanın qəzəbinə səbəb olub. O, bir neçə gün əvvəl ictimai-fəal Vardan Harutyunyana qarşı zorakılıq tətbiq edənlərin cəzalandırılacağını açıqlayıb. Siyasi ekspertlər isə Ermənistanda yaxın zamanda yenidən qarışıqlıq yaranacağını açıqlayırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına hücum edənlərin cəzalandırılacağını bildirib.

O, iyunun 5-də jurnalistlərə açıqlamasında ölkədə zorakılığı təbliğ edənlərin cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib. "Saxta milli dəyərlərə görə 20 il ölkəni talan edən qüvvələr tərəfindən bir nəfərin döyülməsi yolverilməzdir" -deyə Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, ictimai fəal Vardan Harutyunyan iyunun 3-də "Facebook" səhifəsində sabiq prezident Robert Koçaryanın tərəfdarları və daşnakçılar tərəfindən ikinci dəfə hücuma məruz qalması ilə bağlı məlumatı vəfotosunu paylaşıb.

Daşnaksütyun Partiyasının təmsilçisi Qeqam Manukyan da Harutyunyanın döyülməsi faktını təsdiqləyib. Daşnakların bu ölkənin keçmiş Prezidenti Levon Ter-Petrosyanın tərfədarlarından olan Vardan Harutyunyanı Türkiyənin bayrağının yandırılmasını düzgün saymadığını deməsinə görə bu hala salmalarını Erməni Milli Konqresi məhz terror cəhdi kimi qiymətləndirir.

Ermənistan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü, deputat Arman Babacanyan isə baş verənləri "Moskvanın Ermənistana qarşı apardığı hibrid savaşı" kimi dəyərləndirir.

Politoloqlara görə, Paşinyanın bu addımı əslində həbsdə saxlaya bilmədiyi Robert Koçaryandan intiqam almağa hesablanıb. Əlindəki gücü keçmiş rəqiblərini sıxışdırmağa xərcləyən Paşinyana münasibət isə birmənalı deyil. Siyasi ekspertlər Paşinyanı ölkədəki daha böyük problemlərlə məşğul olmağa çağırıb.

Bəzi siyasi ekspertlər isə hesab edirlər ki, yaxında Ermənistanda siyasi qüvvələr arasında gərginlik ən yüksək həddə çatacaq. Qeyd edilir ki, Ermənistanda hər zaman olduğu kimi bu dəfə də siyasi rəqiblər bir-birini terror yolu ilə zərərsizləşdirəcəklər.

Xəbər lenti