Xəzər Xəbər

İstirahət üçün bölgələrə üz tutanların sayı artır: Ev qiymətləri necədir? - VİDEO

Veb TV | 19:12 • 6 İyun 2019
İstirahət üçün bölgələrə üz tutanların sayı artır:

Yay gəlir və istirahət üçün bölgələrə üz tutanların sayı artır. Bölgələr də dincəlmək istəyənlər də əsasən fərdi evlərə üstünlük verirlər. Bəzi bölgələrdə artıq günlük fərdi evlərin hamısı tutulub. Bəzilərində isə hələ kirayə ev üçün müraciət edilməyib.

Bəzi bölgələrdə günlük fərdi evlərin hamısı tutulub, bəzilərində isə hələ müraciət edilməyib.

Yayda istirahət üçün Lənkərana üz tutan turistlərin əksəriyyəti dənizkənarı və dağətəyi ərazilərdəki fərdi evlərə üstünlük verirlər. Çünki, kənd evləri otellərdən daha ucuz başa gəlir. Kirayəyə verilən fərdi evlərin bir gününün qiyməti 20-100 manat,bir aylığı isə 400 -500 manat arasında dəyişir. İyunun əvvəlləri olmasına baxmayaraq kirayə verilən gündəlik fərdi ev qalmayıb.

Yerli sakinlər buraya qonaq gələn turistlərə bələdçilik də edirlər.

Yayda Qubaya da üz tutanlar çox olur. Bura gələnlərin də əsas üstünlük verdikləri kənd evləridir. Fərdi evlərin qiyməti isə şəraitdən asılı olaraq 25-100 manat arasında dəyişir. Artıq bir neçə müaricət də olub.

Zaqatala da turistlərin ən çox üz tutduğu bölgələrdəndir. Buraya gələn turistlər isə əsasən dağətəyi ərazilərdəki fərdi evlərə üstünlük verirlər. Bu evlərin bir gününün qiyməti isə 40 manatdan 100 manata kimi dəyişir.

Lakin hələlik evlə bağlı müraciət edən olmayıb. Mütəxəssislərin sözlərinə görə, müraciətlər adətən iyunun ortalarından avqustun sonuna qədər olur.

Xəbər lenti