Xəzər Xəbər

Neymar zədələndi, göz yaşı tökdü VİDEO

Veb TV | 16:45 • 6 İyun 2019
Neymar zədələndi, göz yaşı tökdü

Braziliya millisi Qətərlə yoldaşlıq görüşü keçirib.


Oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 16-cı dəqiqədə Rişarlison hesabı açıb. 8 dəqiqə sonra isə Qabriel Xesus yekun nəticəni müəyyənləşdirib.


Oyun Neymar üçün uğursuz alınıb. 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət alaraq 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarına hakim ola bilməyən PSJ-nin ulduzu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb.


Neymarın 15 iyun - 7 iyulda keçiriləcək Amerika Kubokunda iştirakı sual altındadır.


Xəbər lenti