Xəzər Xəbər

5 min il əvvələ aid yeraltı şəhər kəşf edildi VİDEO

Veb TV | 18:20 • 5 İyun 2019
5 min il əvvələ aid yeraltı şəhər kəşf edildi

Türkiyənin Nevşehir Avanos bölgəsində gün üzünə çıxarılan təxminən 5 min illik yeraltı şəhərin turizmə qazandırılması qarşıya məqsəd qoyulub.

Osmanlının son dövrlərinə qədər ön hissəsi heyvan sığınacağı kimi istifadə olunan bu yeraltı şəhər təxminən 25 il əvvəl həmin dövrün bələdiyyə başçısı tərəfindən oynamaq məqsədilə buraya girən uşaqların itməsindən qorxması səbəbilə bağlanmışdı.

Bələdiyyə işçiləri tərəfindən yenidən açılan bu yeraltı şəhərdə yaşayış otaqları, tunellər və ibadət əraziləri müəyyən edilib. Divardakı qayadan oyulma rəfdə büt olduğu düşünülən insan formasında heykəlcik tapılıb.

Keçmişdə bəhs olunan hekayələrdə adının "Gir-gör şəhəri” olduğu deyilən sahə Kapadokiyanın turizmə açıq Derinkuyu və Kaymaklı yeraltı şəhərlərinə təxminən 80 kilometr məsafədə yerləşir./metbuat.az


Xəbər lenti