Xəzər Xəbər

Bakı metrosunun istifadəçilərinə ŞAD XƏBƏR VİDEO

Veb TV | 20:26 • 4 İyun 2019
Bakı metrosunun istifadəçilərinə ŞAD XƏBƏR

Bu il metro stansiyalarında havalandırmanın yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq.Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

Rusiyadaistehsal olunan ventilyatordan ikisi artıq "Qara Qarayev" və Yaşıl xəttin "Memar Əcəmi" stansiyalarında istismara verilib.Nüsrət Abdullayev bildirdi ki, yeni tipli ventilyatorların digər stansiyalarda da quraşdırılması nəzərdə tutulur.

Yeni ventilyatorlar istismardan çıxarılmış avadanlıqlarla müqayisədə tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Həmçinin yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və digər texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir.

Stansiya və tunellərin təbii havalandırılması istiqamətindəbundan əlavə yeni layihənin həyata keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti