Xəzər Xəbər

Küçənin ortasında qanlı olay VİDEO

Veb TV | 12:22 • 4 İyun 2019
Küçənin ortasında qanlı olay

Türkiyənin Zonquldağ şəhərində qanlı olay baş verib.

"Qafqazinfo” "DHA” xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin "Kozlu ilçe” meydanında Səbahəddin K. ilə Mətin Alagözoğulları arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə qısa vaxt ərzində davaya çevrilib.

Bunun ardınca Səbahəddin K. cibindən çıxartdığı bıçaqla Alagözoğullularını boğazından yaralayıb və hadisə yerindən uzaqlaşıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerindən qaçan Səbahəddin K. isə, hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti