Xəzər Xəbər

Türkiyə ordusu Naxçıvana gəldi VİDEO

Veb TV | 11:46 • 4 İyun 2019
Türkiyə ordusu Naxçıvana gəldi

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

İyunun 7-dən 11-dək keçiriləcək "Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları Naxçıvana gəlib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər gündən-günə inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar.

Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Xəbər lenti