Xəzər Xəbər

Rayon ərazisində səyyar kitabxanalar təşkil edilib VİDEO

Veb TV | 19:11 • 1 İyun 2019
Rayon ərazisində səyyar kitabxanalar təşkil edilib

Rayon ərazisində səyyar kitabxanalar təşkil edilib.

Goranboyda müxtəlif yazıçı və şairlərin əsərlərinin toplandığı kitablar oxucuların yollarının üstündə, istirahət etdiyi məkanlarda sərgilənir. Kitabxana işini keyfiyyətcə yaxşılaşdırmaq və oxucularla birbaşa ünsiyyət yaratmaq məqsədilə rayonun müxtəlif yerlərində səyyar kitabxana guşələri yaradılıb.

İstənilən şəxs səyyar kitabxanaya yaxınlaşaraq zövqünə uyğun kitabı seçə bilər. Götürdüyü kitabı parkda oxuyub qaytaranlar da olur, evdə rahat səhifələyənlər də. Səyyar kitab guşələri gənclərin marağını daha çox cəlb edir.

Oxucunun istədiyi kitabı tapıb onlara təqdim edən kitabxanaçılar isə səyyar guşələrə gələnlərin günbəgün artdığını deyirlər. Hətta kitabxananın yolunu tanımayanlar belə kitab oxumaq həvəsinə düşürlər.

Rayonda səyyar kitabxana guşələrinin sayı artırılacaq.

 

Xəbər lenti