Xəzər Xəbər

Azərbaycanda ov mövsümü açıq elan edildi VİDEO

Veb TV | 19:22 • 1 İyun 2019
Azərbaycanda ov mövsümü açıq elan edildi

Ölkə ərazisində ov mövsümü açıq elan edilib. Ovçuluq bileti olanlar bugündən 2020-ci il martın əvvəlinə qədər ovla məşğul ola bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəis əvəzi Füzuli Məmmədov qeyd edib ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onlarin bioloji xüsusiyyətləri əsas götürülür. Yəni onların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Buna görə də heyvan və quşlarin ov icazəsi müddətləri fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir

Ölkəmizdə daha çox quş ovlamağa böyük maraq var. Füzuli Məmmədov deyir ki, adı qırmızı kitaba düşmüş quşların ovlanmasına icazə verilmir.

Qadağan edilmiş quşları ovlayanlara qarşı tədbirlər görüləcək. Onlar cərimə ediləcək

Bir məsələni qeyd etmək lazımdır ki, ovçuluq mövsümü başlasa da hər bir heyvan və quşun ovlanma müddəti fərqlidir. Həmin heyvanları da məhz həmin dövrdə ovlamaq olar.

Ovla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalıdır

Füzuli Məmmədov vurğulayıb ki,ovçuluqla məşğul olanlar odlu silahla davranarkən diqqətli olmalıdırlar. Bundan əlavə yalnız icazə verilən ərazilərdə ovla məşğul olmalıdırlar.

Xəbər lenti