Xəzər Xəbər

5 rayondan oğurluq edən şəxs saxlanılıb VİDEO

Veb TV | 18:27 • 1 İyun 2019
5 rayondan oğurluq edən şəxs saxlanılıb

5 rayondan oğurluq edən şəxs saxlanılıb.

İsmayıllının Təzəkənd kənd sakini Ramiz Səmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, mayın 26-da gecə ona məxsus mağazadan ümumi dəyəri 1500 manat olan müxtəlif məhsullar və nağd pul oğurlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Goranboy sakini, 31 yaşlı Elçin Hüseynov saxlanılıb. Məlum olub ki, bu onun yeganə cinayət əməli deyil.

Saxlanılan şəxs oğurluğun aludəçisi olduğunu və bu əməlin onda vərdiş halına gəldiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti