Xəzər Xəbər

Prezident Medvedyevə küçük bağışladı VİDEO

Veb TV | 13:48 • 1 İyun 2019
Prezident Medvedyevə küçük bağışladı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB dövlət başçılarının Aşqabaddakı toplantısında iştirak edən Rusiya baş naziri Dmitri Medvedyevə küçük bağışlayıb.

Baş nazirin qaldığı otelə gələn prezident onu antik QAZ-21 "Volqa" avtomobilində gəzintiyə aparıb, daha sonra onlar prezident adminstarsiyasına gəliblər.

Türkmənistanın dövlət başçısı burada Rusiya baş nazirinə alabay cinsindən küçük hədiyyə edib.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putinə də küçük bağışlamışdı./teleqraf


Xəbər lenti