Xəzər Xəbər

200 illik bulqur qazanına qiymət qoya bilmir VİDEO

Veb TV | 11:51 • 1 İyun 2019
200 illik bulqur qazanına qiymət qoya bilmir

Türkiyənin Siirt bölgəsində 77 yaşlı mis ustası Nasri Bakırcı Osmanlı dövründən qalma 150-200 illik olduğu düşünülən bulqur qazanını gün üzünə çıxarıb.

Telefonlarının susmadığını bildirən Bakırcı antikvar həvəskarlarının bulqur qazanını almaq üçün qiymətləri yüksəltdiyini deyib.

Babasından qalma bulqur qazanını anbarda tapdığını deyən Nasri Bakırcı bu qazanın onun üçün böyük mənəvi dəyəri olduğunu deyib.

Siirt şəhər mərkəzində ata sənəti ilə məşğul olan Sezer Bakırcı atasının babasından qalma evin zirzəmisində tapdığı təxminən 200 illik olan bu qazanın çox dəyərli olduğunu və ona qiymət qoya bilmədiklərini bildirib./Metbuat.az

Xəbər lenti