Xəzər Xəbər

Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub - VİDEO

Veb TV | 20:14 • 31 May 2019
Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub -

Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, ötən il büdcənin gəlirləri 22 milyard 508 milyon 869 min manat, xərcləri isə 22 milyard 731 milyon 644 min manat olmaqla təsdiq edilib.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur. O vurğulayıb ki, neftin qiymətində kəskin azalmalardan sonra devalvasiya dalğası izlənsə də, neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi stabilliyin bərpası üçün şərait yaradıb.

Qeyd edilib ki, ötən il əhalinin adambaşına düşən gəlirləri artıb, inflyasiya təkrəqəmli olub.

Müzakirələr zamanı Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, hökumət nağdsız ödənişləri stimullaşdırmaq üçün addımlar atsa da, bəzi sahibkarklar buna əməl etmirlər.

Millət vəkili Azay Quliyev mənzil-kommunal təsərrüfatları ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib. Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb. İyun-iyul aylarında parlamentin növbədənkənar iclasları keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti