Xəzər Xəbər

Bu il 700 bal toplayan yoxdur VİDEO

Veb TV | 20:11 • 23 May 2019
Bu il 700 bal toplayan yoxdur

Bu il ali məktəblərə keçirilən imtahanlarda hələlik 700 bal toplayan olmayıb. Ötən il isə yaz imtahanında 10 nəfər, yay imtahanında isə 19 nəfər maksimum nəticə göstərmişdi. Bu il 700 bal toplayanların sayının az olacağı gözlənilir. Dövlət İmtahan Mərkəzindən isə 1-ci və 4-cü qruplar arasında hələlik 700 bal toplayanın olmadığı, lakin kifayət qədər yüksək nəticə göstərənlərin olduğu bildirilir.

Ötən il Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 29 nəfər 700 bal topladı. Bu il isə hələlik maksimum bal toplamaq ehtimalı olan cəmi iki nəfər var.

Dövlət İmtahan Mərkəzindən Xəzər Xəbər-ə bildirildi ki, hazırda bəzi bölgələr üzrə buraxılış imtahanın nəticələri açıqlanmayıb. Aprelin 7-də XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında ən yüksək nəticəni 2 şagird göstərib ki, onlar sonrakı mərhələdə 400 bal toplamadılar. Lakin onların da yay imtahanlarında 700 toplamaq imkanı var.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bu il qəbul imtahanında olan sualların ötən ilə nisbətən çətin olması məsələsinə də aydınlıq gətirib.

Xanlar Xanlarzadə onu da bildirdi ki, ilkin nəticələrə görə, 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı da kifayət qədərdir. Yay imtahanlarının cavabından sonra isə ümumi nəticələr elan ediləcək.

Xəbər lenti