Xəzər Xəbər

Turistlər gəlir - Lüks villalara tələbat artıb - VİDEO

Veb TV | 19:47 • 23 May 2019
Turistlər gəlir -

UEFA Avropa Liqasının final oynu üçün Bakıya gələcək turistlərin sayı çox olduğundan, otellərdə və bina evlərində yerlərin sayını məhdudlaşıb. Turizm üzrə ekspertlər deyirlər ki, artıq otellərdə standart otaqlar tükənib. Sadəcə bəzi otellərdə yüksək qiymətə təklif edilən elit otaqlar qalıb.

Bu səbəbdən xüsusi ilə villalara tələbat artıb. Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, lüks villalar əsasən qrup şəkilində gələn futbol azərkeşlərinə təklif edilir. Onun sözlərinə görə, istirahət üçün lazımı şəraitlə təchiz olunan villalarda 3 gecə, 4 günqalmaq 1000 manatdan baha başa gəlir.

Belə villalarda müştərilərə cəlb edici təkliflər də edilir. Məsələn Bakıda şəhər mərkəzinə 3-4 km məsafədə yerləşən bir villada 3 günlük istirahət 1700 manata təklif edilir. Sözügedən villada 4 yataq vəqonaq otağı, televizor, kondisoner, hovuz və sauna var.

Hazırda ən çox tələb əsasən şəhər mərkəzinə yaxın olan villalaradır.

Xəbər lenti