Xəzər Xəbər

Azad Rəhimov XəzərXəbər-ə açıqladı - Bakı final oyununa tam hazırdır - VİDEO

Veb TV | 19:03 • 23 May 2019
Azad Rəhimov XəzərXəbər-ə açıqladı -

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya 30 min nəfərdən artıq turistin gəlməsi gözlənilir.Bu barədə Xəzər televiziyasına açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazirbildirib ki, oyunun ən yüksək səviyyədə keçirilməsi və gələn əcnəbilərin qəbulu üçün bütün hazırlıqlar tamamlanıb. Azad Rəhimov oyunla bağlı spekuliyasiyalara da toxunaraq Azərbaycanın idmanın siyasiləşdirilməsinədən daimi uzaq olduğunu bildirib.

Bakı UEFA Avropa Liqasının final oyununa tam hazırdır. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki,bütün təşkilaçılıq məsələləri tamamlanıb vəartıq Bakı komandaların və çoxsaylı əcnəbi azarkeşlərin gəlişi gözləyir.

Gənclər və idman nazirifinal oyunu ilə bağlı Azərbaycanı gözdənsalma cəhlərinə də toxunub. Bildirib ki, bundan əvvəl də Azərbaycanın ev sahibliyi etdiyimötəbər tədbirlərdə belə cəhdlər olub. Bu dəfədə Arsenalın erməni futbolçusu üzərindən sepuklaysiyalar edilir.Amma istənilən halda Azərbaycan idmanın siyasiləşdirilməsi hallarının əleyhinədir.

Nazir bildirib ki, Mikitiryanın viza və təhlükəsizliyinin təminatıilə bağlı problemlərin olması iddiaları tam əsassızdır. Bu ən yüksək səviyyədə rəsmi şəkildə də bəyan edilib.

Nazir bildirib ki, bütün iddialar ən yaxşı cavab möhtəşəm şəkildə keçiriləcəkfinal oyunu olacaq. Azərbaycandigər tədbirlərdə olduğu kimi, sabit, sülhsevər və qonaqpərvər bir ölkə olduğunu dünyayanümayiş etdirəcək.

Xəbər lenti