Xəzər Xəbər

Qubada maşın, Salyanda isə pul oğruları saxlanılıb - VİDEO

Veb TV | 19:43 • 15 May 2019
Qubada maşın, Salyanda isə pul oğruları saxlanılıb -

Qubada qabaqcadan əlbir olaraq, cari ilin aprel-may aylarında 5 nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran dəstə saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı əməliyyat-axtarış tədbirləri Quba Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər.

Dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə qəzaya düşdükləri də məlum olub.

Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərin digər cinayət əməllərində də iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

Salyanda isə "MilliÖn" ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb. İstintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış "MilliÖn" ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəyiblər. Lakin oğurluq etmək cəhdləri boşa çıxıb. Araşdırmalar nəticəsində məlum olub ki, Elmir Məmmədov fevral ayında da həmin mağazadaödəmə terminalından pul ogurlayıb.

Faktla bağlı Salyan Rayon Polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti