Xəzər Xəbər

Kürdəmirdə evdə partlayış – 5 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 19:18 • 21 Aprel 2019
Kürdəmirdə evdə partlayış –

Kürdəmirdə yaşayış evində partlayış baş verib. Hadisə bu gün səhər saatlarında rayonun cənub məhəlləsi adlanan ərazisində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 31 yaşlı Əsədov Anar Bünyad oğlu televizoru yandırarkən partlayış baş verib. Partlayış qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Nəticədə 31 yaşlı Anar Əsədov 34 yaşlı Qəndab Hüseynova 8 yaşlı İlahə Əsədova 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Xəstələrin vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

İlkin məlumata görə, partlayış evə qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti