Xəzər Xəbər

Ev alarkən diqqətli olun: mənzillər real ölçüdən artıq göstərilərək satılır - VİDEO

Veb TV | 19:07 • 21 Aprel 2019
Ev alarkən diqqətli olun:

Yeni binalarda mənzillər vətəndaşlara real ölçüdən artıq göstərilərək satılır.

Xezerxeber.az-ın məlumatına görə, mənzilin sahəsi müqavilə sənədlərində təxminən 10-15 % artıq yazılır. Vətəndaşlar evlərinə çıxarış alan zaman müqavilədə artıq sahənin yazıldığının şahidi olurlar. Buna görə də insanlar həm ev alarkən, həm də aylıq kommunal ödənişlər üçün daha çox pul ödəyirlər.

İnşaat eksperti Muxtar Vəliyev deyir ki, son zamanlar bu cür şikayətlərin sayı xeyli artıb. Mənzil alan şəxslər sonradan təmir zamanı da aldadıldıqlarının fərqinə varırlar. Üstəlik, qapının girişi, şaxta yerləri, iki mənzil arasında olan divar və digər bəzi qeyri-yaşayış sahələri də müştəriyə ümumi sahə kimi təqdim edilir. Bunların hamısının ödənişi də aylıq olaraq tələb edilir.

Muxtar Vəliyevin sözlərinə görə, hər bir mənzil sahibi ona təqdim edilən sənədə uyğun kommunal xidmətlər üçün ödəniş edir. Nəticədə isə illərlə sahib olmadığı mənzil sahəsinin ödənişi ondan əlavə pul olaraq alınır. Lakin hər bir mənzil sahibi evinin sahəsini hesablayaraq yaranan fərqə görə dəyən ziyanı şirkətlərdən tələb edə bilər.

Hüquqşunaslar isə bellə halla qarşılaşan vətəndaşlara məhkəmələrə müraciət etməyi tövsiyə edır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti