Xəzər Xəbər

Məktub yazıb evdən getdi - "Məni axtarmayın" - VİDEO

Veb TV | 19:00 • 21 Aprel 2019
Məktub yazıb evdən getdi -

İsmayıllı sakini Sənan İsmayılov bir həftədir ki, itkin düşüb.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllı şəhər sakini, Sumqayıtda kirayə yaşayan 49 yaşlı Sənan İsmayılov 14 aprel tarixində şəxsi avtomobilini İsmayıllıda yaşayan qardaşı Rahil İsmayılovun evinə gətirib. Açarları qardaşının ailəsinə verib və naməlum istiqamətə gedib.

Sənan İsmayılovu axırıncı dəfə evdən gedəndə görüblər. O, geri qayıtmadığından qardaşı Rahil İsmayılova məlumat verilib. Qardaşı maşından tapdığı məktubda "Məni axtarmayın"sözünü oxuyandan sonra polisə məlumat verib. Həmin gündən 7 gün keçsə də, Sənan İsmayılovdan xəbər yoxdur.

Məlumata görə, üç uşaq atası olan Sənan İsmayılov həyat yoldaşından boşanaraq kirayə evdə yaşayırmış.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti