Xəzər Xəbər

Rayon avtovağzalları əlavə avtobuslar cəlb edəcək - VİDEO

Veb TV | 18:56 • 25 Mart 2019
Rayon avtovağzalları əlavə avtobuslar cəlb edəcək -

Novruz bayramı ilə əlaqədar bölgələrə üz tutanlar sabahdan etibarən paytaxta qayıdacaqlar. Bu səbəbdən də bölgələrdəki avtovağzallarda sərnişin sıxlığının yaranacağı gözlənilir. Bəs avtovağzallar sıxlığın qarşısını almaq üçün hansı tədbirləri görəcəklər?

Xezerxeber.az-ın məlumatına görə, Lənkəran avtovağzalından bildirilib ki, bayram günlərində rayona gələn sərnişinlərin sayı əvvəlki vaxtlardakından 2 dəfə artıq olub. Həmin sayda sərnişinin geri qayıdacağı da nəzərə alınaraq xəttə əlavə avtobuslar buraxılıb.

Tovuzda da tətilin son gününə olan biletləin hamısı satılıb. Marşurutlar isə hələlik adi günlərin qrafiki ilə işləyir. Yaranacaq sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

Zaqatala avtovağzalında da adi günlərlə müqayisədə xüsusi canlanma müşahidə olunur. Sərnişin sıxlığı müşahidə edildiyindən bu gün xəttə əlavə 2 nəqliyyat vasitələsi buraxılıb. Normal günlərdə paytaxt istiqamətində 6 avtobus hərəkətdə edirsisə, sabah 11 avtobus olacaq.

Mingəçevir avtovağzalı da gücləndilmiş iş rejiminə keçib. Əlavə 20-ə yaxın müxtəlif tutumlu avtobus xəttə buraxılması üçün növbəyə durub.

Qiymətlərə də ciddi nəzarət ediləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti