Xəzər Xəbər

Masallı polisi keçmiş məhkumdan külli miqdarda narkotik götürüb VİDEO

Veb TV | 16:55 • 20 Mart 2019
Masallı polisi keçmiş məhkumdan külli miqdarda narkotik götürüb

Masallıda keçmiş məhkumun evindən külli miqdarda narkotik vasitə tapılıb.

Masallı Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən Masallı rayon sakini Vüqar Yusifovun evində əməliyyat-axtarış tədbirləri keçirilib.

V.Yusifovun evindən bir ədəd narkotik vasitə olan metadon, bir ədəd psixotrop maddə olan metamfetamin, 2 bükümdə təmiz çəkiləri 0,405 qram olan, kustar üsulla hazırlanmış heroin, 9 bükümdə və bir bükülüdə ümumi çəkiləri 1 kiloqram 464,620 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb və sözügedən şəxsin barəsində Masallı Rayon Məhkəməsi tərəfindən həbs qət-imkan tədbiri seçilib.

Xəbər lenti