Xəzər Xəbər

Güzəştli mənzillərin satış nəticələri LƏĞV OLUNDU Seçim yenidən aparılacaq - VİDEO

Veb TV | 20:57 • 17 May 2018
Güzəştli mənzillərin satış nəticələri LƏĞV OLUNDU

Məlumdur ki, mayın 7-də MİDA tərəfindən Yasamal yaşayış kompleksinin ilk mənzilləri satışa çıxarıldı. Amma texniki səbəblərdən mənzillərin seçimində problemlər yaranmışdı. Məsələ ilə bağlı yaradılan komissiyanın araşdırmalarından sonra ilkin mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Başqa sözlə, mənzillər yenidən satışa buraxılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus Yasamal Yasayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil ediləcək. Çünki ilk seçimə mayın 7-də start verilsə də, vətəndaşlar bir sıra problemlərlə qarşılaşmışdılar.

Agentliyin mətbuat xidmətinin rəhbəri Diana Dadaşovanın sözlərinə görə yaranan texniki nasazliqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardicilliği pozulub.

Mənzillərin seçimi mərhələsində baş vermis texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə Mənzil Insaati Dövlət Agentliyində müvafiq Komissiya yaradılıb. "Güzəştli mənzil" sisteminin istifadəçilərinin seçim imkanlarinin qeyri-bərabərliyinin bu elektron sistemin əsas is prinsiplərinə zidd olduğunu nəzərə alınaraq ilk mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Hazırda "Güzəstli mənzil" sisteminin etibarli fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçisinə bərabər seçim şəraitinin təmin olunmasi üçün tədbirlər həyata keçirilir.

Xəbər lenti