Xəzər Xəbər

DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi VİDEO

Veb TV | 20:55 • 17 May 2018
DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi

"Yayda ikinci dəfə qəbul imtahanında iştirak edəcək abituriyentlər ixtisas qruplarını dəyişə bilərlər". BunuDövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. O, həmçinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul məsələsinə də münasibət bildirib.

Bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məleykə Abbaszadə Təhsil Nazirliynin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbərt rəy verdiklərini də deyib. Ancaq bu il ali məktəblərə müsabiqədənkənar qəbul hazırkı qanunvericiliyə uyğun aparılacaq.

Dövlət İmtahan Mərkəzinin sədri bu ilin qəbul planına əsasən bakalavriat səviyyəsi üzrə təxminən 45 mindən çox yerin ayrıldığını bildirib. Onun sözlərinə görə, qəbul planı ötən illə müqaisədə 2303 yer artıb.

Xəbər lenti