Xəzər Xəbər

Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır - VİDEO

Veb TV | 20:54 • 13 Sentyabr 2017
Bilik gününə hazırlıq:

Adi günlərdə 2-3 manat olan güllər yeni dərs ilinin başlaması ilə əlaqədar indi 4-5 manatdan satılır. Gül buketinin qiyməti isə 10-100 manat arasında dəyişir.

Rəngarəng qələmlər yapışdırılır. Buket, qlobus və məktəbli ləvazimatları ilə bəzədilir.

Yeni dərs ilinin başlaması ənənəvi olaraq gül mağazalarını canlandırıb. Artıq mağazalar bu gündən sifariş yığmağa başlayıblar.

Satıcıların sözlərinə görə, valideynlər adətən yeni dərs ilinə 1 gün qalmış müraciət edirlər. Onlar alacaqları gülün solacağından qorxurlar.

Əsas sifariş, ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri tərəfindən edilib. Valideynlərin işini asanlaşdırmaq üçün çox dükanda vitrinə nümunə kimi sadə və dəbdəbəli məktəbli buketləri qoyulub. Sadə buket 10 manata olduğu halda güllərlə zəngin olanı 100 manata başa gəlir. Sifarişlərin çoxu isə sadə buketlərdir.

Satıcıların sözlərinə görə gülün qiyməti bayramdan-bayrama dəyişir. Adi günlərdə təxminən 2-3 manata satılan bir qızılgül bayram vaxtı, eləcə də ilk dərs günü 4-5 manat olur. Satıcılar əvvəllər qırmızı və ağ qızılgülün daha çox satıldığını deyirlər. Son modellər avropasayağı olduğu üçün hazırda dekorativ və rəngli güllərə də maraq böyükdür. Onların bir dənəsinin qiyməti isə 1 manat 50 qəpikdən başlayır.

Dükanlarda birincilərlə yanaşı yuxarı siniflərin valideynlərini də görmək olur. Gülə çox pul xərcləməyin israfçılıq olduğunu qeyd edən valideynlər, vacib olanın uşağı sevindirmək olduğunu deyirlər.

Satıcılar sabah səhər saatlarından etibarən alıcı qüvvəsinin aratacağını deyirlər.



Xəbər lenti