Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Döyüşlərdə sağ gözünü itirən Azər: Qarabağı azad gördüm bu mənə ən böyük mükafatdır - VİDEO

05.12.2020 21:19

Vətən Müharibəsində şücaətləri ilə seçilənlərdəndir. Tərtərdən olan tankçı Azər Abdullazadə. O, tankla düşmənin bir neçə texnikasını və canlı qüvvəsini məhv edib. Döyüşlərdə sağ gözünü itirən qazimiz Qarabağı azad gördüm bu mənə ən böyük mükafatdır deyir. Azər Abdullazadə doğma rayonunda izdihamla qarşılanıb.

Düşmənin bir neçə texnikasını və canlı qüvvəsini məhv edən tankçı qazi izdihamla qarşılandı.
Tərtərin Cəmilli kəndindən olan tankçı Azər Abdullazadə ailəsinin yanına qayıdıb. Onu yaxınları və kənd sakinləri coşqu ilə qarşılayıblar. Azər 2019-cu ilin aprelində hərbi xidmətə çağırılıb. Ehtiyata buraxılmasına bir neçə gün qalmış II Qarabağ müharibəsi başlayıb və o da döyüşlərə qatılıb. Əvvəl bir neçə dəfə müxtəlif yaralar alıb və hospitala yerləşdirilsə də, yenidən döyüşə yollanıb.

Azər Abdullazadənin olduğu tank heyəti düşmənin bir neçə texnikasını və xeyli canlı qüvvəsini məhv edib.

Döyüşlərdən birində isə Azər Abdullazadənin olduğu tankı ermənilər vurub. Tank komandiri şəhid olub, Azər və digər döyüş yoldaşı yaralanıb. Həmin hadisə zamanı Azər sağ gözünü itirib. Qazimizin atası da ixtisasca tankçı olub. O isə Birinci Qarabağ Müharibəsi ərəfəsində əlil olub.
Ailə üzvləri bildirirlər ki, Azər uşaqlıqdan vətənpərvər olub.

Azər Abdullazadənin digər əmisi Elçin Abdullayev də bir həkim kimi tibb xidməti polkovniki rütbəsində Vətən Müharibəsində iştirak edib və xeyli yaralı hərbçini həyata qaytarıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






337 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2021 21:43

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR