“Amnesty İnternational”ın baş məsləhətçisi ermənilərin vəhşiliyindən yazdı - VİDEO

04.12.2020 20:44

"Dağlıq Qarabağın Kəlbəcər bölgəsində evlər boşaldıldı. 27 illik işğal dövründə bütün evlər - 1993-cü ildə didərgin düşən azərbaycanlıların evlərində elə daşınıb aparıldı ki, nə bir qapı, nə bir pəncərə, nə bir dam örtüyü qalmadı”.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Amnesty İnternational” təşkilatının beynəlxalq böhran üzrə baş məsləhətçisi Donatella Rovera "Twitter” hesabında yazıb.

O, Ermənistanın Gəncəyə raket atması nəticəsində yaşanan faciə ilə bağlı da paylaşım edib.

D. Rovera paylaşımında yazır: ""O mənim yeganə övladım, gözümün işığı, bütün varlığım idi”, - Nigarın anası mənə dedi. Nigar 15-ci doğum günü ərəfəsində - qohumları və qonşuları, o cümlədən bir neçə uşaqla birlikdə oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə bölgəsinə endirilən ballistik raket zərbəsi nəticəsində öldürüldü”.

D. Roveranın növbəti paylaşımı isə Gəncə ilə bağlı olub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






179 dəfə oxunub

ÇOX OXUNANLAR