44 günlük Vətən müharibəsinin şəhidləri Sumqayıtda anılıb. Şəhərin müxtəlif yerlərində onların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt Cümə məscidində qəhrəman oğullarımızın ruhuna xütbələr oxunub, dualar edilib, xatirələrinə ehtiram bildirilib.
Şəhərdə anımla əlaqədar müxtəlif aksiyalar təşkil olunub.
Gəncədə də şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məscidlər və müxtəlif dini məbədlərdə xatirələri anılıb.
Aleksandr Nevski Rus Pravoslav Kilsəsində ruhlarına dualar oxunub.
Şamaxı camaatı da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını verən Vətən övladlarını yad edib.
Şamaxı Cümə Məscidində rayon dindarları cümə namazı qıldıqdan sonra şəhidlərə Allahdan rəhmət diləyiblər.
Azərbaycanın hər yerində olduğu kimi Şəkidə də vətən torpaqlarının azad olunması üçün qəhrəmanlıq səlnaməsi yazan igid şəhidlərimizin xatirəsi yad edilib.
Sərt karantin qaydalarının tətbiq edildiyi şəhərin sakinləri bu tədbirin keçirilməsinə olan xüsusi tələbləri anlayışla qarşılayıblar. Müqəddəs cümə günü azanından sonra din xadimləri namaz qılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Salyanın Hacı Tağı məscidi də şəhidlərimizə dualar edilən məkan olub.
Rayon sakinləri səhidlərimizin ruhuna ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.
Füzulilər bu gün çox duyğulu idilər. İşğaldan tam azad olunan doğma yurdlarına görə, cənnət Qarabağ üçün vətənin bir qarışını belə düşmən tapdağı altında qoymamaq üçün canlarını fəda edən igidlərimizə görə...
İnsanlar Horadiz şəhər məscidində cümə namazı qılıb, şəhidlərin ruhuna dualar ediblər.
"Şəhidlər ölməz, Vətən bölünməz!"- deyimini öz həyatları bahasına bir daha isbatlayan, şəhadətləri ılə Azərbaycanın şərəf salnaməsini yazan zəmanəmizin qəhrəmanlarının əziz xatirəsi yalnız bu özəl gündə deyil, hər zaman uca tutulacaq, seviləcək, unudulmayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Atif
Evlilik təklifi baha başa gəldi - 84 min cərimə kəsildi - VİDEO
Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır - VİDEO
Evlilik təklifi baha başa gəldi - 84 min cərimə kəsildi - VİDEO
Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEO
Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır - VİDEO
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Səhiyyə naziri peyvənd olunandan sonra mətbuata açıqlama verdi
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB