Vətən müharibəsi dövründə döyüşkənliyi ilə seçilən hərbçilərimizdən biri də Bəhruz Abuşov olub.
Xezerxeber.az-ın məlumatına görə, döyüşçülərin "Şuşa qartalı" adlandırdığı Bəhruz Abuşov 1983-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində doğulub.
O, orta təhsilini uğurla başa vurduqdan sonra hərbi akademiyaya daxil olub.
İxtisaslı hərbi kimyaçı olub. O, istər Azərbaycanda, istərsə də Türkiyədə qatıldığı bir sira xüsusi təlimlərdə ən yüksək nəticələr göstərdiyindən xüsusi təyinatlı döyüşçülər qrupuna daxil edilib. Hərbçi yoldaşları bildirir ki, döyüşdə aktiv iştirak etməklə yanaşı yaralılara da kömək edərək ərazidən uzaqlaşdırıb.
Özü də yaralanıb, amma döyüşdən qalmayıb. O, yaralı halda məktub yazıb və gizlicə döyüşə yollanıb. Halbuki yaraları ona problem yarada bilərdi.
Polkovnik-leytenant rütbəsi alan Bəhruz Abuşov Şuşa ugrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailəsi Bəhruz və onun kimi qəhrəmanlarımızın sayəsində torpaqlarımızin azad olunmasına görə fəxarət hissi yaşayırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Atif
© xezerxeber.azMN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb
Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqlayıb
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu tarixdən kafe ə restoranlar işləyə biləcək - Operativ Qərargah
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra