Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ayrı-ayrılıqda Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə videokonfrans formatında görüş keçirib.
Xezerxeber.az-ın məlumatına görə, görüşdə Vətən müharibəsində qazanılmış böyük qələbə, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı və bir sıra digər önəmli mövzular müzakirə edilib.
Xüsusi qeyd edilib ki, qələbədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyinin və qarşılıqlı dəstək mühitinin qorunması strateji vəzifədir.
Ədalət Vəliyev qeyd edib ki ölkədə başlamış islahatların səmərəliliyi mütləq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir. İslahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac var. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.
Görüşə görə təşəkkürlərini bildirən partiya sədrləri dövlətçiliyin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını vurğulayıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Atif
© xezerxeber.azKoronavirus orqan və toxumalarında hansı dəyişikliklər törədir?
Koronavirusun ən təhlükəli mutasiyası HİV-lə müqayisə edildi
Çinin sahil mühafizəsinə xarici gəmilərə atəş açmağa icazə verildi
Fransada koronavirusa qarşı peyvənd olunanların sayı milyonu keçdi
Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB