3 dekabr-Beynəlxalq Əlillər Günüdür - VİDEO

03.12.2020 20:43

Dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu insanlara ölkəmizdə də çox həssas yanaşılır və böyük diqqət göstərilir.

Onların tək fərqi fiziki məhdudiyyətli olmaları, tək ehtiyacları isə sosial yardım və müdafiədir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda əlil gəncləri ictimai həyatın bütün sahələrində görmək mümkündür. İdman, musiqi, incəsənət və digər bir sıra önəmli sahələrdə kifayət qədər uğurları olan fiziki məhdudiyyətli gənclər var.

Xəzər Televiziyasında da bir neçə fiziki məhdudiyyətli şəxs çalışır. Onlar öz vəzifələrini uğurla icra edirlər.

Qeyd edək ki, son 5 ildə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reablitasiya və cəmiyyətə inteqrasiyası istiqamətində çox əhəmiyyətli işlər görülür. 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus , 10-dan artıq küçə və prospektdə "İdeal səki" lər, 1000-dən artıq avtobusda isə xüsusi panduslu mexanizimlər quraşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR