Erməni vandalizmi Azərbaycan mədəniyyətindən də yan keçməyib.
Xezerxeber.az-ın məlumatına görə, Ağdamda Azərbaycan memarlıq abidələrinin möhtəşəm incilərindən biri olan Pənahəli xanın yay sarayı da erməni vandalizminə məruz qalıb.
Ekspertlər bu tarixi abidənin 18-ci əsrə aid olduğunu deyirlər. Ermənilər işğal dövründə buradan tövlə kimi, ikinci Qarabağ müharibəsinin getdiyi 44 gündə isə sığınacaq kimi istifadə ediblər.
Tarixçi Elnur Kəlbizadə ermənilərin tarixə münasibətinin də öz xislətlərinə bənzədiyini deyib. Çünki tarixi mənbələrdə qeyd olunur ki, müxtəlif dövlətlər hər hansı hücuma məruz qaldıqlarında adətən mötəbər və müqəddəs yerlərə ağsaqqalları yerləşdirərlərmiş. Ermənilər isə vandallıq ediblər.
Ermənilər Pənahəli xanın sarayından II Qarabağ müharibəsinin getdiyi günlərdə müdafiə istehkamı kimi istifadə etməyə çalışıblar. Bu da məqsədsiz olmayıb. Onlar istəyiblər ki, sarayı Azərbaycan ordusunun hədəfinə çevirsinlər. Ancaq düşmənin məkrli niyyətinə baxmayaraq, abidənin bir qismi artıq bizə gəlib çatıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Atif
© xezerxeber.azQeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Azərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB