Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Koronavirus pandemiyası sığorta şirkətlərinə müraciətlərə təsir edib - VİDEO

02.12.2020 20:11

Koronavirus infeksiyası sığorta sektorunu hərəkətə gətirib.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda bəzi sığorta şirkətləri vətəndaşlara ''COVID-19'' a qarşı həyat sığortası paketini təklif edir.

Paketlər əsasında vətəndaşlarla müqavilə iki yaş kateqoriyası üzrə bağlanır: 18-50 və 51-60 yaş. Sığorta müqaviləsinin qiymətləri isə 19-99 manat arasında dəyişir.

Sığorta şirkətinin əməkdaşı Şəfəq Həsənova deyib ki, hər keçən gün bu virusa yoluxanların sayı artdığından sığorta şirkətlərinə müraciətlərin də sayı artıb. Təklifə əsasən, 18-50 yaşda olan şəxslər 19 manat ödədikdə, koronavirusa yoluxarlarsa 250 manat, vəfat edərlərsə həmin şəxslərin yaxınları müqaviləni sığorta şirkətinə təqdim etməklə 1000 manat ödəniş ala bilərlər.

Bu virusa yoluxan şəxs ödənişi almaq üçün 14 günlük karantindən sonra testin cavabı və şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb ona ediləcək ödənişini ala bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






265 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR