Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Vətən müharibəsinin 20 yaşlı igidi - Aqil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub - VİDEO

01.12.2020 21:04

Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Aqil Quliyev olub. Əslən Ağdamdan olan Aqil Quliyevin ailəsi Bərdə rayonunda məskunlaşıb.

"Xəzər Xəbər" həmin ailənin qonağı olub.

Məlum olub ki, Vüsalə ananın gözünü yolda qoyan Aqilin cəmi 20 yaşı olub. Amma qəhrəmanımızın vətən uğrunda yaşadıqlarını sadalasaq, 20 vərəq nədir, kitaba sığmaz.

Valideynləri danışırlar kı, Aqil uşaqlıqdan torpağına, yurduna, bayrağına vurğun olub. Bu sevgisi o qədər güclü olub ki, həqiqi hərbi xidmət keçdikdən sonra hərbçi kimi yolunu davam etdirib. Başqa tale, peşə arzulamayıb heç zaman. Hər zaman önə atılıb. Elə vətən müharibəsi başlayan kimi ön cəbhəyə yollanıb. Döyüşdüyü xüsusi təyinatlı bölmədə də seçilib bizim cəsur oğlan! Aqil kəşfiyyatçılar bölümündə qumbaraatan olub. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Alınmaz qala sayılan Şuşamızın işğaldan azad edilməsində də payı olub. Amma yüksək qayalara mərdi-mərdanə dırmaşan Aqilə bu ağır savaşdan özəl pay düşüb-müqəddəs şəhidlik zirvəsinə yüksəlmək qisməti!

Aqil özü də atasına deyibmiş. Ən ümdə arzusunu. Doğma torpagı Agdama qovuşmaq istəyini. Oğul itkisinə üzülən ata-ana eyni zamanda "başımız ucadır" -deyib, övladları ilə qürur duyurlar. Həm də Aqilin arzusunun çin olmasına görə...

Aqilin qardaşı da hərbdə xidmət edir. İndi Quliyevlər ailəsi mümkün olan ən qısa zamanda Ağdama dönməyi planlaşdırırlar. 20 yaşlı şəhid qəhrəmanımızın rahatlamış ruhunun pərvaz etdiyi yerə!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






354 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR