Azərbaycan Ordusu dünya hərb tarixinə adını qızıl hərflərlə yazdı - VİDEO

29.11.2020 19:51

Dünya hərb tarixində Azərbaycan ordusunun keçirdiyi əməliyyat kimi qısa zamanda az itki ilə böyük zəfər qazanılan çox az müharibə olub. Buna görə indi hərbi ekspertlər və beynəlxalq hərbi araşdırma mərkəzləri Azərbaycanın savaş təcrübəsini öyrənirlər. Bir çox mütəxəssislər isə bu döyüşü ikinci dünya müharibəsində yaponların Pyorl-Harbor limanında ani hücumla qazandığı böyük zəfərlə müqayisə edirlər.

Dünya hərb tarixinə nəzər salarkən bariz görünən budur ki, torpaq qazanmaq üçün hücum edən tərəfin itkiləri qələbə qazanılsa belə qarşı tərəfə nisbətən daha çox olur. Çünki, müdafiə mövqeyində olan tərəf illərlə öz mühəndis-istehkam qurğularını qurur və möhkəmləndirir. Ermənistanın nümunəsində olduğu kimi.

Azərbaycan ordusunun bu savaşda daha bir dezovantajı işğal altındakı ərazilərin böyük əksəriyyətinin mürəkkəb relyefi idi. Bu hərbçilərimizin işini iki qat çətinləşdirərək, təbii müdafiə xətti rolunu oynayırdı. Amma nə bu coğrafi amil bizə mane oldu, nə də ermənilərin milyardlarla dollar sərf edərək qurduqları müdafiə sədləri. Əslində bu qurğuları inşa edərkən erməni tərəfi ən önəmli faktorları unutmuşdular. Azərbaycan əsgərinin ümmansız vətən sevgisini, qorxmazlığıni, qələbəyə nə qədər susadığını! Ekspert Rəşad Süleymanov da bildirir ki, Azərbaycan ordusu hücumda ən az itki verməklə dünya hərb tarixində yeni şanlı səhifə açdı.

Bunu da qeyd edək ki, Ermənistan itki siyahılarına xaricdən cəlb edilən terrorçuların sayını əlavə etmir. Çünki, onların ad və sayları heç zaman ictimaiyyətə təqdim olunmayacaq.

Amma bu zəfərdən sonra dünya ictimaiyyətinə təqdim olunaraq, hərbi dərsliklərə salınmağa layiq önəmli məqam ordumuz tərəfindən ən müasir silah və texnologiyaların tətbiqidir.

Ancaq nə qədər yeni texnologiyalar və yüksək dəqiqlikli silahlar tətbiq olunsa belə, təəssüf ki, heç bir savaş itkisiz olmur. Xüsusilə düşmən böyük dağıdıcı gücə malik silahlardan da istifadə etdiyinə görə, şəhidlərimiz arasında tanınmaz hala düşənlər də ola bilər. Həmin şəxslərin xüsusi analizlər apararaq, şəxsiyyətlərinin aşkar edilməsi və ailələrinə təhvil verilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunur. Bu müharibənin acı qanunudur. Təsəllimiz və qürur yerimiz ısə şəhidlərimizin qanını yerdə qoymamağımız, düşmən tapdağından xilas olan yurd yerlərimiz, hər yerdə yüksələn müqəddəs bayrağımızdır.

© xezerxeber.az


420 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR