Yaponiyanın qərbində qəribə hadisə - VİDEO

29.11.2020 15:10

Noyabrın 29-da gecə saatlarında səmada, Yaponiyanın qərbində yerləşən geniş ərazi üzərində odlu dairə müşahidə olunub.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, NHK telekanalının kameraları yerli vaxtla gecə saat 1:34 dəqiqədə Mie, Aiçi prefekturalarında və digər yerlərdə odlu dairə qeydə alıb. Həmin kadrlarda meteorun bir neçə saniyə ərzində Yerə necə yaxınlaşdığı və sonra əmələ gələn güclü işıq dairəsi aydın görünür.

Yaponiyanın Tokay, Kansay və Sikoku regionlarında yaşayan çoxlu sayda insan nadir hallarda müşahidə edilən bu maraqlı təbiət hadisəsini sosial şəbəkələrdə paylaşıb.

NHK telekanalının Ehime prefekturasının Matsuyama şəhərində yaşayan əməkdaşının bildirdiyinə görə işıqlanma o qədər güclü olub ki, onu qapalı pərdənin arxasından belə müşahidə etmək mümkün olub.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR