Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənilər məşhur “İstisu” sanatoriyasını viran qoyub - VİDEO

25.11.2020 21:21

Azğın düşmən Kəlbəcərin zəngin təbiəti, qədim abidələri ilə yanaşı, faydalı qazıntı, o cümlədən, mineral su yataqlarını da dağıdaraq məhv edib. Həm də bütün bunları tək yox, xarici investorlar ilə birgə reallaşdırıb.

Ermənilər öz vandallıqlarını təkcə yaşayış evləri və meşələrdə deyil, Kəlbəcərdə yerləşən su yataqları üzərində də reallaşdırıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis əvəzi Əli Əliyev deyir ki, düşmənin hədəfinə çevrilən yerlər içərisində böyük potensiala malik, müalicəvi əhəmiyyətli su yataqları da var. Azğın düşmən Kəlbəcəri dünyada tanıdan "İstisu" sanatoriyasını da dağıtmaqdan çəkinməyib.

Əli Əliyevin sözlərinə görə, su yataqları ilə yanaşı, rayon ərazisində olan faydalı qazıntı yataqları da məhv edilib. Və bütün bu vandallıqları ermənilər tək deyil, xarici investorlar ilə birgə reallaşdırıblar.

Qurum rəsmisinin sözlərinə görə, Kəlbəcər rayonunda bu vəya digər dərəcədə zərər görən 100-dən artıq, hər birinin xüsusi özəlliyi olan mineral və termal bulaqlar da var. Hansı ki, bu bulaqların suyundan müxtəlif xəstəliklərin müalicəsində, eyni zamanda süfrə suyu kimi istifadə olunur.

© xezerxeber.az

FOTOQALERIYA






314 dəfə oxunub

XƏBƏRLƏR

23.01.2021 10:57

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR